Restoran İdarəetmə Sistemi

Arxa ofisdə hərtərəfli idarəetmə

Biznesinizi istədiyiniz an, istədiyiniz yerdən idarə etmək imkanı qazanaraq məhsuldarlığı artırmaq istəyirsinizsə, Clopos restoran idarəetmə sisteminin Arxa ofis idarəetmə paneli tam sizə görədir!

Arxa ofisdə hərtərəfli idarəetmə

Rahat istifadə

360° sistem, sadə və intuitiv interfeys ilə inventardan satış təhlillərinə qədər biznesinizin hər sahəsini rahatlıqla idarə edirsiniz

Anbara nəzarət

Anbar ehtiyatındakı məhsulları anbaan izləyərək nəyin artıq, nəyin əskik olduğunu rahatlıqla təyin edib, israfın qarşısını alırsınız

Hesabat və təhlillər

Müxtəlif təhlillər sayəsində müvafiq tarixlər arasındakı performansı izləyə və müqayisə edə bilir, beləliklə lazımi düzəlişləri vaxtında təyin edirsiniz

Uzaqda olsanız belə, biznesinizi rahatlıqla idarə edə bilirsiniz

İşçilərin rol və icazələrini istənilən vaxt dəyişmək imkanı sayəsində işçilərə nəzarəti əldən buraxmırsınız

İşçilərin rol və icazələrini istənilən vaxt dəyişmək imkanı sayəsində işçilərə nəzarəti əldən buraxmırsınız
Ödənişləri, geri ödəmələri və endirimləri rahatlıqla izləyərək maliyyə əməliyyatlarını idarə edirsiniz

Ödənişləri, geri ödəmələri və endirimləri rahatlıqla izləyərək maliyyə əməliyyatlarını idarə edirsiniz

Sifariş və fəaliyyət tarixçəsini izləməklə müştərilərin nəyə üstünlük verdiyini və tendensiyalarını müəyyənləşdirib, məlumat əsaslı qərarlar verə bilirsiniz

Sifariş və fəaliyyət tarixçəsini izləməklə müştərilərin nəyə üstünlük verdiyini və tendensiyalarını müəyyənləşdirib, məlumat əsaslı qərarlar verə bilirsiniz

Mərkəzi idarəetmə sistemi

Mərkəzi idarəetmə sistemi

  • Bütün filialları eyni anda və ya ayrı-ayrılıqda idarə etmək imkanı
  • Françayzinq qaydalarının bütün filiallarda davamlı tətbiqi
  • Ortaq CRM və marketinq kampaniyaları
  • Mərkəzləşmiş menyu, inventar və maliyyə idarəetməsi
Ətraflı
Clopos Back Office preview

Fərdi ödəmə üsulları

Ödəniş üsulunuzu müştərilərinizin istəklərinə uyğun olaraq fərdiləşdirib onları ödəmə rahatlığı ilə təmin edə bilərsiniz

Fərdi ödəmə üsulları
Fərdi satış üsulları

Fərdi satış üsulları

Fərqli sifariş kanallarını bir-birindən ayırmaq və hər birinin performansını ayrılıqda izləyə bilmək üçün fərdi satış üsulları yarada bilərsiniz

İdarəetməni əldən buraxmayın!

Clopos Manager tətbiqi ilə harda olsanız da müəssisənizin fəaliyyətinə rahatlıqla nəzarət edə bilərsiniz

İşləri nəzarətdə saxlamaq istəyirsiniz?Clopos Manager haqqında ətraflı

Clopos Manager tətbiqi ilə harda olsanız da müəssisənizin fəaliyyətinə rahatlıqla nəzarət edə bilərsiniz

Maliyyə və əməkhaqqı sistemi

Maliyyə axınınızı izləyib, əməkhaqlarını idarə etməklə biznesinizin maliyyə sağlamlığını nəzarət altında saxlayın

Əməliyyat yaratmaq
Əməliyyatlar siyahısı
Detallı hesabatlar

Məhsul tənzimləmələri

Hər məhsula ayrı-ayrılıqda porsiyaya bölmə, endirim və ikram etmə kimi özəlliklər artıraraq müştərilərinizin xüsusi ehtiyaclarını ödəyib, satışları artırırsınız

Məhsul tənzimləmələri
Məhsul tərkibi

Məhsul tərkibi

Hər məhsulda istifadə edilən inqrediyentlərin miqdarını dəqiq qeyd edərək həm düzgün istifadəni sistemləşdirir, həm də məhsul xərclərini nəzarətdə saxlayırsınız

Tək seçimli modifikator

Müştərilərə eyni məhsulun fərqli növünü təklif etmək üçün ölçü və ya xüsusi tərkib kimi modifikator əlavə edirsiniz

Tək seçimli modifikator
Çox seçimli modifikator

Çox seçimli modifikator

Məhsullara əlavələr, sous seçimi və s. kimi çoxsaylı modifikatorlar artıraraq müştərilərə məhsulları fərdiləşdirmək imkanı verirsiniz

Detallı müştəri profilləri sayəsində daimi müştərilərə daha şəxsiləşdirilmiş xidmət təklif edə bilirsiniz

Müştərilər

Detallı müştəri profilləri sayəsində daimi müştərilərə daha şəxsiləşdirilmiş xidmət təklif edə bilirsiniz

Müştərilərinizin məhsul və xidmətlərinizi dəyərləndirmələrini izləyərək onların rəyləri əsasında xidmət səviyyənizi artıra bilirsiniz

Dəyərləndirmələr

Müştərilərinizin məhsul və xidmətlərinizi dəyərləndirmələrini izləyərək onların rəyləri əsasında xidmət səviyyənizi artıra bilirsiniz

Rahat anbar və inventar idarəetmə sistemi

Anbarınızdakı tədarükləri daim izləyərək potensial itkilərin və çatışmazlıqların qarşısını ala bilirsiniz

Tədarüklər
Hərəkətlər və Hesabatlar
Tədarükçülər və əməliyyatlar

Clopos ilə biznes idarəetməniz asanlaşacaq!

012 310 22 66

Ən çox verilən suallar

Bütün filialları sinxron deyil, ayrı-ayrılıqda idarə etmək istəyirəm. Bu mümkündür?

Mərkəzi idarəetmə sistemi sayəsində bir sistemdən istədiyiniz sayda filialı idarə etmək və izləmək mümkündür. Bu zaman istəsəniz filial tənzimləmələrini sinxronlaşdıra, istəsəniz də ayrılıqda dəyişikliklər edə bilərsiniz.

Anbarı idarə etmək üçün əlavə proqram yükləməyə ehtiyac var?

Arxa ofis idarəetmə paneli vasitəsilə anbara, tədarüklərə və inventar səviyyənizə daimi nəzarət əldə edirsiniz.

Yalnız müəyyən müddət ərzindəki statistikalara baxmaq olur?

Clopos restoran idarəetmə sistemində bütün biznes statistikalarını istənilən tarix aralığına əsasən görmək olur. Bunun üçün istədiyiniz səhifədən görmək istədiyiniz aralığı seçməyiniz kifayətdir.

Eyni məhsulun birdən çox növü satışdadır. Bunu menyuya necə əlavə edək?

Menyuya məhsulların istədiyiniz qədər növünü əlavə edə bilərsiniz. Bunun üçün məhsulu yaratdıqdan sonra modifikator bölməsindən növün özəlliklərini qeyd etməyiniz lazımdır.

Sistemə bütün işçilərin çıxışı olmasını istəmirəm. Bunu necə edə bilərəm?

“İcazələr” bölməsindən hansı işçinin hansı funksiyalara çıxışı olacağını qərarlaşdırmaq mümkündür. Əgər icazələrə dəyişiklik etmək lazım gələrsə, arxa ofis idarəetmə paneli və ya Clopos Manager tətbiqinin icazələr bölməsindən uyğun dəyişiklikləri edib, yadda saxlaya bilərsiniz.

Restoran idarəetməsində anbara nəzarət nə qədər önəmlidir?

Restoranlarda Anbar İdarəetməsinin Önəmi
Restoran sənayesində uğurun açarı effektiv anbar idarəetməsindən keçir. Restoran idarəetmə sistemləri, stok yönetimi və mal-materialların idarə edilməsi restoranların gündəlik fəaliyyətlərində mühüm rol oynayır. Bu yazıda, restoran sahibləri və idarəçiləri üçün anbar idarəetməsinin əhəmiyyətini və necə effektiv idarə ediləcəyini ətraflı şəkildə izah edirik.

Restoranlarda Stok Yönətiminin Rolu
Restoranlarda stok idarəetməsi, mal-materialların düzgün qaydada saxlanılmasını və istifadəsini əhatə edir. Bu, mətbəx tədarükünün daim yenilənməsini, yemək keyfiyyətinin qorunmasını və israfın azaldılmasını təmin edir. Anbar idarəetməsinin mərkəzi hissələrindən biri də tədarük zəncirinin optimallaşdırılmasıdır.

Anbar İdarəetməsi və Maliyyənin Optimallaşdırılması
Effektiv anbar idarəetməsi, maliyyə resurslarının səmərəli istifadəsini də təmin edir. Restoran sahibləri stoklarını daim nəzarət altında saxlayaraq, məhsul sifarişlərini daha dəqiq edə bilər və maliyyə itkilərini azaltmaq imkanı əldə edə bilərlər.

Texnologiya və Anbar İdarəetmə Sistemləri
Müasir texnologiyalar, restoranlarda anbar idarəetməsini asanlaşdırır. Restoran idarəetmə proqramları və [POS sistemləri](https://www.clopos.com/az/restaurant-pos-system “POS sistemi”) vasitəsilə stokların idarə edilməsi, sifarişlərin avtomatlaşdırılması və inventarın dəqiq izlənilməsi mümkündür. Bu sistemlər, həmçinin tədarük zəncirinin effektivliyini artırmağa və qərar vermə proseslərini yaxşılaşdırmağa kömək edir.

Anbar İdarəetməsinin Müştəri Məmnuniyyətinə Təsiri
Restoranlarda effektiv anbar idarəetməsi, müştəri məmnuniyyətini də yüksəldir. Daimi tədarük və yüksək keyfiyyətli məhsulların təminatı, müştərilərin gözləntilərini ödəməyə və sadəqətini qazanmağa yardım edir.

Nəticə
Son olaraq, restoran idarəetməsində anbarın effektiv idarə edilməsi, işin həm operativ, həm də maliyyə cəhətdən uğurlu olmasını təmin edir. Texnologiya və müasir idarəetmə sistemlərinin qoşulması ilə restoran sahibləri və idarəçiləri, tədarük zəncirini optimallaşdıraraq, maliyyə effektivliyini artıra və müştəri məmnuniyyətini yüksəldə bilərlər.